İndoneziyada 5,9 ballıq zəlzələ olub

indoneziyada-59-balliq-zelzele-olub
Oxunma sayı: 743

İndoneziyanın mərkəzi hissəsində 5,9 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, zəlzələ Gorontalo şəhərinin 190 km cənub-qərbində, Tomini körfəzində qeydə alınıb. 

Həmçinin, yeraltı təkanlar Sulavesi adasının sahillərindən təqribən 30 km məsafədə olub.

Bununla yanaşı, zəlzələ təkanların intensivliyi baxımından “dağıdıcı” olaraq qiymətləndirilib.