İndoneziyanın Yava adası sahilləri yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib.
"Qafqazinfo"nun APA-ya istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Bancar şəhərindən 110 km cənubda, ocağı isə 35 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
Qeyd edək ki, təqribən eyni vaxtda Çili sahillərində 5,1 gücündə zəlzələ baş verib.
Son xəbərlər
Son Xəbərlər