İndoneziya Hərbi Dəniz Qüvvələrinə məxsus “KRI Nanggala-402” sualtı qayığı Bali adası yaxınlığındakı sularda aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi ölkənin Hərbi Dəniz Qüvvələrinin qərargah rəisinə istinadən məlumat yayıb.
Sualtı qayıq okean dibi skan edilərkən 850 metr dərinlikdə tapılıb.
Xatırladaq ki, aprelin 21-də Bali adası yaxınlığında keçirilən təlimlər zamanı İndoneziya Hərbi Dəniz Qüvvələrinə məxsus, göyərtəsində 53 nəfər olan sualtı qayıqla əlaqə kəsilmişdi. Rusiya, ABŞ, Almaniya, Fransa, Hindistan, Türkiyə və Avstraliya itkin sualtı qayıq axtarışında köməklərini təklif etmişdilər.
Son xəbərlər
Son Xəbərlər