İndoneziyada güclü yeraltı təkanlar davam edir

indoneziyada-guclu-yeralti-tekanlar-davam-edir
Oxunma sayı: 727

İndoneziyanın Maluku əyalətindı 5,2 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, zəlzələ ocağı yerin 99 km dərinliyində yerləşib.

İtkilər və dağıntıların olması barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Qeyd edək ki, İndoneziyada son bir həftədə 5 bal və daha yuxarı gücdə 4 zəlzələ baş verib.