İndoneziyada güclü zəlzələ - Ölən və yaralananlar var + Yenilənib

indoneziyada-guclu-zelzele
Oxunma sayı: 2018

İndoneziyada 6,2 maqnitudalı zəlzələ nəticəsində azı 3 nəfər həlak olub, 24 nəfər yaralanıb. “Qafqazinfo” bildirir ki, bu barədə “Detik” portalı xəbər verib.

Onun məlumatına görə, Qərbi Sulavesi əyalətində iki minə yaxın insan öz evlərini tərk etməyə məcbur olub. Təbiət hadisəsi yerli qubernatorun ofisi və hotel binası da daxil olmaqla, 60-dan çox binanı dağıdıb. Yeraltı təkanlar, həmçinin torpaq sürüşmələrinə səbəb olub.

Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Pare-Pare şəhərindən 139 kilometr şimali-qərbdə, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.

***

İndoneziyada baş vermiş 6,2 bal gücündə zəlzələ nəticəsində azı 7 nəfər həlak olub,  yüzlərlə insan xəsarət alıb.