İndoneziyada güclü zəlzələ oldu

indoneziyada-guclu-zelzele-oldu
Oxunma sayı: 937

İndoneziyada 6,0 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin məlumatında deyilir. Təkanlar Yeni Qvineya sahillərində meydana gəlib. Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Sunami təhlükəsi elan olunmayıb.