İndoneziyada güclü zəlzələ oldu

indoneziyada-guclu-zelzele-oldu
Oxunma sayı: 1343

İndoneziyanın şərq sahilində Banda dənizində güclü zəlzələ olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, zəlzələnin gücü 6,9 bal olub. Yeraltı təkanların ocağı Tual şəhərindən 344 kilometr cənub-qərbdə, 113 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Sunami təhlükəsi elan edilməyib.