İndoneziyada güclü zəlzələ olub

indoneziyada-guclu-zelzele-olub
Oxunma sayı: 1061

İndoneziyanın Ambon adasından şərqdəki Banda dənizində 6 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar Ambon şəhərindən 402 km cənub-şərqdə, 162 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.