İndoneziyada ilan 45 yaşlı qadını uddu

indoneziyada-ilan-45-yasli-qadini-uddu
Oxunma sayı: 6738

İndoneziyanın Cənubi Sulavesi əyalətindəki kəndlərdən birində piton qadını udub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Detik” portalı məlumat yayıb.

Bildirilir ki, 45 yaşlı Fəridə iyunun 6-da yoxa çıxıb.

Axtarışlar zamanı kənd sakinləri qadının itkin düşdüyü yerin yaxınlığında 5 m uzunluğunda iri qarnı olan piton tapıblar. İtkin düşən qadın ilanın mədəsində tapılıb.

Qeyd edək ki, İndoneziyada pitonun insanı udması halı ilk dəfə deyil. Oxşar hadisə 2022-ci ildə də qeydə alınıb.