İndoneziyada aramsız leysan yağışları sel və torpaq sürüşməsinə səbəb olub.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 12 nəfər ölüb, 8 nəfər isə itkin düşüb.
Ən çox fəsad paytaxt Cakarta və Benqkulu şəhərlərində yaşanıb. 184 ev və 4 məktəb uçub, çoxlu sayda yol və körpüyə isə ziyan dəyib.
Təhlükəli bölgələrdən 13 min nəfər təxliyyə edilib.
Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Son xəbərlər
Son Xəbərlər