İndoneziyada torpaq sürüşməsi 46 nəfərin həyatına son qoydu

indoneziyada-torpaq-surusmesi-46-neferin-heyatina-son-qoydu
Oxunma sayı: 1172

İndoneziyanın şimal hissəsində yerləşən Riau adalarında torpaq sürüşməsi nəticəsində 46 nəfər həlak olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, həlak olanların 24-ü kişi, 22-si qadındır.

2 mindən çox yerli sakin isə daha təhlükəsiz ərazilərə təxliyə edilib.

Məlumata görə, torpaq sürüşməsinə səbəb leysan yağışları olub. Hazırda 9 nəfərin axtarışları davam edir.