İndoneziyada torpaq sürüşməsinə görə ölənlərin sayı artdı - Yenilənib

indoneziyada-torpaq-surusmesine-gore-olenlerin-sayi-artdi
Oxunma sayı: 3270

İndoneziyanın Natuna bölgəsində torpaq sürüşməsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Bildirilib ki, sürüşmədə ilkin məlumatlara görə 11 nəfər həyatını itirib, onlarla adamdan xəbər yoxdur.

Səlahiyyətlilər sürüşmə zamanı kənddəki evlərin torpaq qalaqlarının altında qaldığını bildiriblər.

Rəsmi şəxslər onlarla polis, hərbçi və könüllünün iştirak etdiyi axtarış-xilasetmə işlərinin kommunikasiya xətlərindəki problemlər və əlverişsiz hava şəraiti səbəbindən çətinliklə də olsa davam etdiyini qeyd edib.

***

Ölkənin şimalında Riau adalarında güclü leysan yağışları nəticəsində baş verən torpaq sürüşməsində 15 nəfər ölüb.