İndoneziyanın şəriətlə idarə olunan Açe əyalətində evlənmədən əvvəl cinsi münasibətdə olan cütlük 100 çubuq cəzasına məhkum edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı cütlük stadionların birində hər kəsin gözü önündə çubuqla cəzalandırılıb. Qadın zərbələrə dözməyərək sinir krizi keçirib. Həkimlərin müdaxiləsindən sonra ona verilən cəza tamamlanıb.
Qeyd edək ki, Açe əyaləti 2001-ci ildən şəriət qanunları ilə idarə olunur.






Son xəbərlər
Son Xəbərlər