İndoneziyada turistlərin başına iş gəlib

indoneziyada-turistlerin-basina-is-gelib
Oxunma sayı: 1267

İndoneziyada zəlzələ turistləri çətin vəziyyətə salıb.

“Qafqazinfo” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, Lombok adasında olan 560 turist Rincani vulkanı yaxınlığında blokadaya düşüb. Onlar zəlzələyə görə ərazidən çıxa bilmirlər. 

Turistlərin arasında yerli və ABŞ, Böyük Britaniya, Fransa vətəndaşları var. Qrupa kömək etmək üçün bölgəyə xilasedicilər göndərilib.

Aysel Kərimova