İndoneziyanın Java əyalətindəki Merapi vulkanı püskürüb.
“Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, İndoneziyanın Cokyakarta şəhərində yerləşən Merapi vulkanında yerli vaxtla saat 5:22-də püskürmə baş verib.
Hadisə nəticəsində püskürən kül və tüstünün kraterdən 6 min metr yüksəkliyə qalxdığı bildirilir. Vulkanda püskürmə səbəbindən Boyolalı bölgəsinin bəzi yaşayış məntəqələrini kül bürüyüb. Turistlərə və yerli sakinlərə vulkan ərazisinə 3 kilometrdən yaxın dayanmamaq barədə xəbərdarlıq olunub.
Qeyd edək ki, “Sakit okean halqası” seysmik zonasında yerləşən İndoneziya ərazisində 130-dan çox aktiv vulkan mövcuddur.
Son xəbərlər
Son Xəbərlər