İndoneziyada vulkan sutkada 52 dəfə püskürdü

indoneziyada-vulkan-sutkada-52-defe-puskurdu
Oxunma sayı: 775

İndoneziyanın Yava adasında yerləşən Merapi vulkanında son 24 saatda 52 partlayış qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, təbiət hadisəsi ilə əlaqədar təxminən 200-ə yaxın yerli sakin təxliyyə edilib. Səlahiyyətlilər yerli sakinlərə kül yağışına qarşı maska və qoruyucu eynək taxmasını tövsiyyə edib.

İndoneziyanın Geoloji Texnologiya və Tədqiqat Mərkəzinin məlumatına görə, vulkan püskürməsi ilə meydana gələn lava kütləsi dağın cənub-qərb yamacında 3 min metr aşağı irəliləyib.

Qeyd edək ki, 5 noyabr 2020-ci ildən vulkanda müşahidə olunan yüksək aktivlik səbəbindən dağın 5 kilometr ətrafında heç bir fəaliyyətin aparılmaması barədə xəbərdarlıq olunub.

Xatırladaq ki, Merapi vulkanının 2010-cu ildə böyük püskürməsi nəticəsində 347 insan həlak olmuşdu.