İndoneziyada yenə zəlzələ oldu

indoneziyada-yene-zelzele-oldu
Oxunma sayı: 781

İndoneziyanın Şərqi Nusa Tenqqara əyalətində 6 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, təkanlar Qərbu Sumba bölgəsinin 87 kilometr cənub-qərbində, 10 kilometr dərinlikdə qeydə alınıb. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur. 

Qeyd edək ki, Qərbi Sumba bölgəsində ötən gün də 6,2 və 6,7 bal gücündə zəlzələlər baş vermişdi.