İndoneziyanın Lombok adasında yenidən zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki. bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb. Yeraltı təkanlar 6,1 bal gücündə olub. Zəlzələ ocağı yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Qeyd edək ki, ötən həftə sonu baş verən 7 ballıq zəlzələdə ölənlərin sayı 347-yə çatıb.
Son xəbərlər
Son Xəbərlər