İndoneziyada zəlzələ qurbanlarının sayı 91 oldu

indoneziyada-zelzele-qurbanlarinin-sayi-91-oldu
Oxunma sayı: 840

İndoneziyanın Lombok adasında zəlzələ qurbanlarının sayı 91-ə çatıb. 200-dən çox insan isə ciddi travmalar alıb.

“Qafqazinfo” xəbər verir ki, daha əvvəl 82 nəfərin öldüyü açıqlanmışdı.

Şahidlərin sözlərinə görə, zəlzələ güclü olub, təkanlar turistlər arasında məşhur olan Bali adasında da hiss edilib. 

Xəstəxanalar yaralılarla dolub. Əhaliyə xidmət göstərmək üçün səhra xəstəxanaları qurulub. 

Ölü sayının artacağı istisna edilmir. Belə ki, xilasedicilər hələ bəzi əlçatmaz rayonlara gedib çıxa bilməyiblər.