İndoneziyada zəlzələ qurbanlarının sayı artdı

indoneziyada-zelzele-qurbanlarinin-sayi-artdi
Oxunma sayı: 702

Yanvarın 15-də İndoneziyanın Qərbi Sulavesi əyalətində baş vermiş 6,2 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı artıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı ölənlərin sayı 81 nəfərə çatıb. Mamudju dairəsində 70 nəfər, Madjendə isə 11 nəfər həlak olub.

Bildirilib ki, 200-ə yaxın binaya ziyan dəyib, 28 min nəfər ərazidən təxliyyə olunub.

Qeyd edək ki, Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yanvarın 15-də baş vermiş zəlzələnin episentri Pare-Pare şəhərindən 139 kilometr şimal-qərbdə, ocağı isə 8 kilometr dərinlikdə yerləşib. Cümə axşamından indiyədək yerli Seysmoloji Xidmət 28 afterşok qeydə alıb.