İnək dərin quyuya düşdü, FHN-in xilasediciləri çıxardı - Video

inek-derin-quyuya-dusdu-fhn-in-xilasedicileri-cixardi
Oxunma sayı: 2050

Qubanın Hacıağalar kəndində Osmanova Zeynəb Süleyman qızına məxsus həyətdə su üçün qazılmış quyuya öz inəyi düşüb.

"Qafqazinfo" xəbər verir ki, quyu dərin olduğu üçün əvvəlcə inəyi oradan çıxarmaq mümkün olmayıb.

Hadisə yerinə çağrılmış FHN-in xilasediciləri avtomobilə bərkidilmiş qoşqu vasitəsiylə heyvanı dərinliyi 12 metr olan quyudan çıxardıblar.