“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, avqustun10-da Astaranın Maşxan kənd sakini Naib Nüsrətova məxsus 1 baş inək Kələdəhnə kəndinin otlaq sahəsindən oğurlanıb. Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini İlkin Məmmədzadə tutulub.