İnək sahibəsini ölümcül yaraladı- - Bərdədə

inek-sahibesini-olumcul-yaraladi-
Oxunma sayı: 1250


“Qafqazinfo” report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaratəpə kəndində baş verib. Laçın rayonundan məcburu köçkün olan 76 yaşlı Dilşad Qocayevanı fərdi təsərrüfatında saxladığı iri buynuzlu mal-qaraya qulluq göstərərkən heyvanlardan biri sahibini buynuzu ilə yaralayıb. 

Ağır bədən xəsarəti alan qadın Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb, vəziyyəti ağır olduğundan dərhal əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının durumu ağır olaraq qalır.