“İnfiniti” və “Extra” gecə klublarının rəhbərləri həbs edildi - Foto

infiniti-ve-extra-gece-klublarinin-rehberleri-hebs-edildi
Oxunma sayı: 5586

Paytaxtın Nərimanov rayonunda “İnfiniti” və “Extra” gecə klublarında epidemiya əleyhinə və karantin rejimlərinin pozulması halları aşkar olunub. 

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə həmin gecə klublarının rəhbərliyi müəyyən olunaraq saxlanılıb. 

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində fakta görə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. 

“İnfiniti” gecə klubunun rəhbərliyi – Samiq Babayev, Jamal Nasser, “Extra” gecə klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev, Əmrah Yusifov həbs ediliblər. 

Hazırda iş üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.