İngilis azarkeşlər İspaniyada həbs edildi

ingilis-azarkesler-ispaniyada-hebs-edildi
Oxunma sayı: 677

Çempionlar Liqasının 1/4 final mərhələsinin “Atletiko” ilə oyun üçün Madridə gələn “Lester” fanatları paytaxtda hadisə törədiblər.

“Qafqazinfo” xəbər verir ki, dünən gecə Madridin Mayor meydanında toplaşan 70-ə yaxın “Lester” azarkeşi olay çıxarmağa başlayınca İspaniya polisinin müdaxiləsi ilə üzləşiblər.
 
Xəbərdarlıq edən polisə şüşə butulka ataraq cavab verən ingilis fanatların səbəb olduğu hadisədə 3-ü polis, 2-i azarkeş olmaqla, cəmi 5 nəfər xəsarət alıb. İspaniya polisi yerli mətbuata 8 azarkeşin həbs edildiyini açıqlayıb. Oyunu isə 3 minə yaxın ingilis azarkeş izləyəcək.