“İngilis deputatlar Azərbaycanda krandan gələn su da içiblər”

ingilis-deputatlar-azerbaycanda-krandan-gelen-su-da-icibler
Oxunma sayı: 1466

“Azərsu” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Anar Cəbrayıllı Böyük Britaniyanın "The Daily Mail" nəşrinin “Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir” xəbərinə daha bir reaksiya verib.

Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan A. Cəbrayıllı bildirib ki, 2015-ci ilin noyabr ayının ikinci ongünlüyündə Azərbaycanda səfərdə olmuş Böyük Britaniya Lordlar Palatasının üzvü, Leyboristlər Partiyasının nümayəndəsi Lord Devid Evans, Mühafizəkarlar Partiyasının nümayəndəsi Lord Riçard Rizbi, Böyük Britaniya parlamentinin üzvləri - Leyboristlər Partiyasının nümayəndələri Rocer Dankan Qodsiff, Stefn Ceyms Makkabe, Patrisia Skotland və digər şəxslərdən ibarət nümayəndə heyəti 13 noyabr 2015-ci il tarixində Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində olmuş və ən son texnologiya əsasında tikilmiş qurğunun imkanlarını yüksək qiymətləndiriblər.

Qonaqlar qurğuda emal olunmuş və krandan gələn sudan da içiblər. Bu faktın özü "The Daily Mail" nəşrinin Azərbaycanda suyun keyfiyyətsiz olması ilə bağlı iddiaların həqiqətdən uzaq və qərəzli olduğunu bir daha sübut edir.