İngilis klubları üzr istədi

ingilis-klublari-uzr-istedi
Oxunma sayı: 2085

Avropa Superliqasından imtina edən ingilis klubları azarkeşlərindən üzr istəməyə başlayıb. “Qafqazinfo” xəbər verir ki, əvvəlcə “Arsenal” rəsmi saytı vasitəsilə açıqlama yayaraq azarkeşlərdən üzr istəyib. 

London klubu Superliqada azarkeşlərin dəstəyi olmadan oynamaq istəmədiklərini və narahatlıq yaratdıqlarına görə üzr istədiklərini açıqlayıb. 

Ardınca isə “Liverpul”un sahibi Con Henri klub azarkeşlərindən və baş məşqçi Yurgen Kloppdan üzr istəyib. O bildirib ki, bütün olanlarda klub işçilərinin və azarkeşlərin heç bir günahı yoxdur.