İngiltərə iqtisadiyyatında aprel ayında əvvəlki aya nisbətən 20,4 faizlik geriləmə müşahidə olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İngiltərənin Milli Statistika Mərkəzi məlumat yayıb. Bildirilib ki, bununla aylıq geriləməyə görə rekord göstərici qeydə alınıb. Belə ki, bu göstərici 2008-2009-cu illərdə böhran zamanı müşahidə olunmuş geriləmədən 3 dəfə daha böyükdür.
Qeyd edək ki, Böyük Britaniyada koronavirus epidemiyasının yayılmasının qarşısının alınması üçün martın 23-də başladılan karantin rejimi aprel ayı boyu tam tətbiq olunub. Ölkə daxilində bütün sektorların dayanması ilə yanaşı xarici ticarətdə də böyük itkilər yaşanıb.
Son xəbərlər
Son Xəbərlər