İngiltərə İtaliyaya, Almaniya Macarıstana uduzdu

ingiltere-italiyaya-almaniya-macaristana-uduzdu
Oxunma sayı: 2559

UEFA Millətlər Liqasının qrup mərhələsində 5-ci turun növbəti oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, A, B, C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutub.

A Liqasının 3-cü qrupunda Almaniya Macarıstanı, İtaliya isə İngiltərəni qəbul edib. Bu qrupda yalnız britaniyalılar qrup lideri olmaq şansını itirmişdi. Bu azmış kimi, İngiltərə yığması bu turda da İtaliyaya uduzmaqla B Liqasına düşüb. Macarlar isə Almaniyada da qələbə qazanmaqla dördlər finalına bir qədər də yaxınlaşıblar.

B Liqasının 3-cü qrupunda Bosniya və Herseqovina Monteneqro ilə ev oyunundan qalib ayrılmaqla A Liqasına yüksəlib. Finlandiya isə Rumıniya ilə sülhə razılaşıb.

Gürcüstan millisi C Liqasının 4-cü qrupunda Şimali Makedoniyanı məğlub etməklə B Liqasında yerini təmin edib. Bolqarıstan isə Cəbəllütariqlə matçda darmadağına imza atıb.

Nəhayət, D Liqasında Estoniya Maltanı qəbul edib. Meydan sahiblərinə C Liqasına yüksəlmək üçün heç-heçə də kifayət edirdi. Amma estonlar buna qələbə ilə nail olublar.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 5-ci tur
23 Sentyabr

A Liqası, 3-cü qrup

Almaniya – Macarıstan 0:1
Qol: Salai, 17.

İtaliya – İngiltərə 1:0
Qol: Raspadori, 68.

Xal: Macarıstan – 10. İtaliya – 8. Almaniya – 6. İngiltərə – 2.

B Liqası, 3-cü qrup

Bosniya və Herseqovina – Monteneqro 1:0
Qol: Dəmiroviç, 45+1.

Finlandiya – Rumıniya 1:1
Qol: Pukki, 12 – Tanase, 52.

Xal: Bosniya və Herseqovina – 11. Monteneqro – 7. Finlandiya – 5. Rumıniya – 4.

C Liqası, 4-cü qrup

Gürcüstan – Şimali Makedoniya 2:0
Qol: Miyovski, 35-öz qapısına. Kvaratsxeliya, 64.

Bolqarıstan – Cəbəllütariq 5:1
Qol: Antov, 23. Despodov, 36. Kirilov, 52. Stefanov, 55. Petkov, 81 – Çipolina, 26.

Xal: Gürcüstan – 13. Şimali Makedoniya – 7. Bolqarıstan – 6. Cəbəllütariq – 1.

D Liqası, 2-ci qrup

Estoniya – Malta 2:1
Qol: Sappinen, 45+6-pen. Anier, 86 – Teuma, 51-pen.

Xal: Estoniya – 9. Malta – 6. San Marino – 0.