İngiltərə təntənəli bayram qeyd etməyə hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, bu gün kraliça II Yelizaveta 90 yaşını qeyd edir . Bu münasibətlə ölkənin dörd yanı bayraqlar və çiçəklərlə bəzədilib. Məlumata görə, kraliçanın yaşadığı Vindzor sarayında möhtəşəm bayram təşkil olunacaq. Orada kral ailə üzvləri, siyasət, idman və incənəsət nümayəndələrinin də iştirak edəcəyi gözlənilir.
Kraliçanın 90-ci doğum günü şərəfinə ölkədə yeni marka seriyası buraxılıb və bu seriya xalqın böyük rəğbətini qazanıb. Markada Britaniya taxtının 4 nəsli- kraliça II. Yelizaveta, oğlu Çarlz, nəvəsi Uilyam və nəvəsinin oğlu Corc yer alıb.
Aysel Kərimova






Son xəbərlər
Son Xəbərlər