İngiltərə Parlamenti “Brexit”ə yenə “yox” dedi

ingiltere-parlamenti-brexite-yene-yox-dedi
Oxunma sayı: 904

İngiltərə Parlamentində yenilənmiş “Brexit” təklifi ilə bağlı səsvermə keçirilib.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, təklif 242 lehinə, 391 əleyhinə səslə rədd edilib.

Səsvermədən sonra baş nazir Tereza Mey “Brexit”i təxirə salmağın problemi həll etməyəcəyini bildirib.

İşçi Pariyasının lideri Ceremi Korbin isə heç bir razılaşma olmadan İngiltərənin Avropa İttifaqından çıxmasını istəmədiklərini deyib. O, ehtiyac olarsa növbədənkənar seçkilərə gedə biləcəklərini deyərək Tereza Mey hökumətinin dəyişməsinin vacib olduğunu söyləyib.

Xatırladaq ki, 15 yanvarda keçirilən ilk səsvermədə də “Brexit” əleyhinə səslər üstünlük təşkil etmişdi.