İngiltərə parlamenti “Brexit”i qəbul etmədi

ingiltere-parlamenti-brexiti-qebul-etmedi
Oxunma sayı: 1226

İngiltərə parlamenti Avropa İttifaqından ayrılmağı nəzərdə tutan “Brexit” razılaşmasının ləğvi üçün verilən təklifi qəbul edib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, deputat Karolin Spelmanın verdiyi təklif 310 əleyhinə səsə qarşı 318 lehinə səs alıb.

Bununla da İngiltərənin Aİ-dən ayrılması üçün razılaşma rədd edilib.

Bu qərar İngiltərə parlamentinin fevralın sonuna qədər “Brexit”lə istənilən razılaşmanı təsdiq etməcəyi təqdirdə “Brexit” tarixinin təxirə salınmasında rol oynaya bilər. Əks halda hökumətin qərarının dəyişməsində həlledici rol oynamır.

Qeyd edək ki, normal prosedura əsasən İngiltərə 29 martda Avropa İttifaqından ayrılacaq.