İngiltərə parlamenti “Brexit”i təsdiqlədi

ingiltere-parlamenti-brexiti-tesdiqledi
Oxunma sayı: 1371

Böyük Britaniya parlamenti ölkənin Avropa İttifaqından çıxmasını nəzərdə tutan “Brexit” qanun layihəsini qəbul edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, parlamentarilər qanunla bağlı sənədi təsdiq ediblər. Hazırda sənəd imzalanması üçün kraliça II Yelizavetaya göndəriləcək.

Ölkənin Aİ-nin tərkibindən çıxacağı 31 yanvar tarixindən sonra tərəflər keçid dövrü çərçivəsində ticarət məsələlərinin müzakirəsinə başlayacaqlar.