İngiltərə penaltilərlə 1/4 finalda - Fotolar + Yenilənib

ingiltere-penaltilerle-14-finalda
Oxunma sayı: 3075

Dünya çempionatının 1-/8 final mərhələsinin son matçında Kolumbiya İngiltərə ilə qarşılaşır.

“Qafqazinfo” xəbər verir ki, bu oyunda qalib gələn şəxs ¼ finalda İsveçlə qarşılaşacaq.

***

İngiltərə 57-ci dəqiqədə Harri Keynin penaltidən vurduğu qolla hesabda öndədir.

***

90+3-cü dəqiqədəd Kolumbiya hesabı bərabərləşdirir. Künc zərbəsindən ötürülən topu Yerri Mina topu qapıya göndərir.

***

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə 30 dəqiqə oynanılacaq.

***

Əlavə vaxtın ilk 15 dəqiqəsində hesab dəyişməyib.

***

İkinci 15 dəqiqədə də komandaların cəhdlərinə baxmayarq qol vurumayıb. Beləliklıə, 120 dəqiqə 1:1 hesabı ilə başa çatıb. Qalib penalti atışlarında müəyyənləşəcək.

***

Penalti zərbələri sonunda İngiltərə 4:3 hesabı ilə üstün olub. Beləliklə, 1/4 finala son vəsiqəyə İngiltərə sahib çıxıb.