İngiltərə premyer liqasında çempionluq matçı

ingiltere-premyer-liqasinda-cempionluq-matci
Oxunma sayı: 645

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Mançester derbisi çempionluğun taleyinə böyük ölçüdə aydınlıq gətirəcək.

Belə ki, sona 3 tur qalmış ikinci pillədə qərarlaşan “Mançester Siti” əzəli rəqibi “Mançester Yunayted”dən 3 xal geridədir. “Şəhərlilər” doğma meydanda MY-ni məğlub edərsə xallar bərabərləşəcək. Bu halda şəxsi görüşlərdə rəqibini üstələyən MS 1-ci pilləyə yüksələcək.
Oyun Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Ceyhun Əhmədov