İngiltərə Premyer Liqasında tarixi rekord

ingiltere-premyer-liqasinda-tarixi-rekord
Oxunma sayı: 2136

İyulun 5-də oynanılan “Sauthempton” – “Mançester Siti” İngiltərə Premyer Liqasının ən çox izlənən matçı olaraq tarixə düşüb.

"Qafqazinfo" xəbər verir ki, "BBC" tərəfindən pulsuz yayımlanan matçı ümumilikdə 5 milyon 700 min insan izləyib. Bu isə Premyer Liqa tarixində qeydə alınmış rekord izlənmə olub. Qarşılaşmada "Southempton" "Manchester City" üzərində 1:0 hesabı ilə qələbə qazanıb.