İngiltərə millisi dünya çempionatının 1/8 final mərhələsində Kolumbiyaya penaltilər seriyasında qalib gəlib. “Qafqazinfo” xəbər verir ki, bu matç ingilislərin tarixinə düşüb.
Belə ki, britaniyalılar ilk dəfə tarixdə dünya çempionatlarında penaltilər seriyasından qalib ayrılıb.
Onlar 1990-cı ildə yarımfinalda Almaniyaya, 1998-də 1/8 finalda Argentinaya, 2006-cı ildə ¼ finalda Portuqaliyaya penaltilər seriyasında uduzmuşdular.
Son xəbərlər
Son Xəbərlər