İngiltərə və Almaniyadan heç-heçə, Türkiyədən qələbə

ingiltere-ve-almaniyadan-hec-hece-turkiyeden-qelebe
Oxunma sayı: 3112

Bu gün UEFA Millətlər Liqasında 3-cü tura yekun vurulub.

"Qafqazinfo" xəbər verir ki, son oyun günündə A, B və C Liqalarında 10 qarşılaşma baş tutub.

A Liqasının 3-cü qrupunda İngiltərə İtaliyanı, Macarıstan Almaniyanı qəbul edib. Bu oyunlarda qalib müəyyənləşməyib. 4-cü qrupda isə Polşa Niderlandın, Belçika Uelsin qonağı olub. Bu görüşlər də bərabərliklə yekunlaşıb.

B Liqasının 1-ci qrupunda Ukrayna millisi ölkədəki müharibə səbəbindən Ermənistanla Polşanın Lodz şəhərində üz-üzə gəlib. Ukraynalılar bu görüşdə darmadağına seviniblər. Bu qrupun digər matçında da İrlandiya evdə Şotlandiyanı 3 cavabsız qolla yenib. 3-cü qrupda isə Monteneqro Bosniya və Herseqovina ilə, Rumıniya Finlandiya ilə qarşılaşıb. Monteneqrodakı matçda qalib müəyyənləşməyibsə, rumınlar minimal hesabla üstün olublar.

C Liqasının 1-ci qrupunda ilk 2 oyundan maksimum nəticə qazanan Türkiyə yığması səfərdə Lüksemburqla münasibətlərinə aydınlıq gətirib və inamlı qələbəyə sevinib. Digər görüşdə isə Farer adaları Litvanı məğlub yola salıb.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 3-cü tur
11 iyun

A Liqası, 3-cü qrup

İngiltərə – İtaliya 0:0

Macarıstan – Almaniya 1:1
Qol: Naqi, 6 – Hofmann, 9.

Xal durumu: İtaliya – 5, Macarıstan – 4, Almaniya – 3, İngiltərə – 2.

A Liqası, 4-cü qrup

Niderland – Polşa 2:2
Qol: Klaassen, 51. Dumfris, 54 – Kaş, 18. Zelinski, 49.

Uels – Belçika 1:1
Qol: Conson, 87 – Tilemans, 51.

Xal durumu: Niderland – 7, Belçika – 4, Polşa – 4, Uels – 0.

B Liqası, 1-ci qrup

Ukrayna – Ermənistan 3:0
Qol: Malinovski, 61. Karavayev, 77. Mikolenko, 84.

İrlandiya – Şotlandiya 3:0
Qol: Braun, 20. Parrott, 28. Obafemi, 51.

Xal durumu: Ukrayna 6, İrlandiya – 3, Şotlandiya – 3, Ermənistan – 3.

B Liqası, 3-cü qrup

Monteneqro – Bosniya və Herseqovina 1:1
Qol: Maruşiç, 77 – Menalo, 62.

Rumıniya – Finlandiya 1:0
Qol: Banku, 30.

Xal durumu: Bosniya və Herseqovina – 5, Finlandiya – 4, Monteneqro – 4, Rumıniya – 3.

C Liqası, 1-ci qrup

Farer adaları – Litva 2:1
Qol: Davidsen, 20-pen. Andreasen, 45 – Çernıx, 6.

Lüksemburq – Türkiyə 0:2
Qol: H.Çalhanoğlu, 37. S.Dursun, 76.

Xal durumu: Türkiyə – 9, Lüksemburq – 6, Farer adaları – 3, Litva – 0.