İngiltərə və Fransa İrana uçuşları dayandırır

ingiltere-ve-fransa-irana-ucuslari-dayandirir
Oxunma sayı: 1812

İngiltərənin “British Airways” və Fransanın “Air France” hava yolları şirkətləri İrana uçuşlarını dayandırmaq barədə qərar qəbul ediblər.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, “British Airways” İngiltərənin paytaxtı Londondan İranın paytaxtı Tehrana uçuşları sentyabrdan dayandırılacağını açıqlayıb.

Şirkət verilən qərarı həmin reysin kommersiya xidmətlərinə uyğun olmaması ilə izah edib.

“Air France” da İrana uçuşları sentyabrdan təxirə salacağını elan edib.

Qeyd edək ki, İrana uçuşlar ABŞ-ın bu ölkəyə sanksiyalarından sonra təxirə salınmağa başlayıb.