İngiltərə və Uelsdə minimal nikah yaşı 16-dan 18-ə qaldırılıb.
“Qafqazinfo” Böyük Britaniya hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, bu gün bununla bağlı qanun qüvvəyə minib.
Məlumata görə, burada məqsəd gənc qızları məcburi nikahdan qorumaqdır.
Bildirilir ki, artıq valideynlərin razılığı olsa belə 16-17 yaşlı gənclərə ailə qurmağa icazə verilməyəcək.
Erkən nikahların təşkilində təqsirli bilinən şəxsləri isə 7 ilə qədər həbs cəzası gözləyir.
Bununla belə, Şotlandiya və Şimali İrlandiyada əvvəlkitək valideynlərin razılığı əsasında 16 yaşdan başlayaraq ailə qurmağa icazə verilir.
Son xəbərlər
Son Xəbərlər