İngiltərə və Xorvatiya da 1/8 finalda!

ingiltere-ve-xorvatiya-da-18-finalda
Oxunma sayı: 1910

Futbol üzrə Avropa çempionatı davam edir.

"Qafqazinfo" xəbər verir ki, bu gün qitə birinciliyinin qrup mərhələsi çərçivəsində daha iki qarşılaşma baş tutub.

D qrupunun son turunda Çexiya - İngiltərə matçına böyük maraq vardı. Hər iki komanda əvvəlki iki turda 4 xal qazanmışdı. Mümkün heç-heçə hər iki komandanı 1/8 finala daşıyacaqdı. Hansısa komandanın məğlub olması isə vəziyyəti çətinləşdirəcəkdi. İngilislər bu oyundan qalib ayrılmaqla qrup birincisi kimi növbəti mərhələyə yüksəlib.

Qrupun digər oyunu Xorvatiya və Şotlandiya yığmaları arasında baş tutub. Bu oyundan qalib ayrılacaq komanda da qrup ikincisi olmaq şansına malik idi. Lakin digər oyunda heç-heçə qeydə alınsa, bu görüşün qalibi ən yaxşı qrup üçüncüləri arasında yer almağı arzulayacaqdı. Xorvatlar bu oyundan inamlı qələbə ilə ayrılmaqla məhz qrup ikinciliyini ələ keçiriblər. Çexiya isə üçüncü sıraya enib və ən yaxşı qrup üçüncülərindən biri kimi 1/8 finalda oynamaq şansına malikdir.

AÇ-2020
D qrupu
22 iyun

Xorvatiya – Şotlandiya 3:1
Qol: N.Vlaşiç, 17. L.Modriç, 62. İ.Perişiç, 77 – K.Makqreqor, 42.
Baş hakim: Fernando Rapallini (Argentina).
Qlazqo. “Hampden Park” stadionu.

Çexiya – İngiltərə 0:1

Qol: R.Sterlinq, 12.
Baş hakim: Artur Dias (Portuqaliya).
London. “Uembli” stadionu.