İngiltərə Venesuelanın qızıllarını geri qaytarmayacaq

İngiltərə Venesuelanın qızıllarını geri qaytarmayacaq
Oxunma sayı: 2150

Venesuela hökumətinin İngiltərə Mərkəzi Bankında dondurulan dəyəri 1 milyard avroya yaxın qızıl rezervlərinin qaytarılması ilə bağlı məhkəmə müraciəti rədd edilib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, qərarda İngiltərə Ali Məhkəməsinin Nikolas Maduro yerinə müxalif lider Xuan Quaydonu prezident kimi tanıdığı bildirilib. Bu səbəbdən Maduro hökumətinin tələbinin nəzərə alınmayacağı vurğulanaraq iddianın rədd ediləcəyi qeyd olunub.

Qeyd edək ki, Venesuelanın İngiltərə Mərkəzi Bankındakı qızıl rezervlərinin 930 milyon avro dəyərində olduğu təxmin edilir.

Xatırladaq ki, 2019-cu ilin yanvarında özünü prezident elan edən Quaydo qızılın başqa məqsədlər üçün istifadə ediləcəyini iddia edərək ehtiyatların geri verilməməsini tələb etmişdi.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi