İngiltərə xalqı sərt karantindən sonra - Fotolar

ingiltere-xalqi-sert-karantinden-sonra
Oxunma sayı: 4720

İngiltərədə 5 noyabrdan tətbiq edilən sərt karantin rejimi yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, artıq paytaxt Londonda mağaza, bar, restoran və kafelər yenidən fəaliyyətə başlayıb. İnsanların küçəyə sərbəst çıxışı təmin edilib.

Qeyd edək ki, Avropada ən çox ölüm sayı olan İngiltərədə Baş nazir Boris Conson yaza qədər 3 mərhələli bir tədbir planının həyata keçiriləcəyini açıqlamışdı. 

Birinci mərhələdə insanlar mümkün olduğu halda evdən işləyəcək, ikincidə alkoqollu içkilər sadəcə yeməklərin yanında satılacaq, bar, restoranlar saat 22:00-da yox, 23:00-da bağlanacaq. Üçüncü mərhələdə isə əyləncə mərkəzləri, otellər bağlanacaq, onlayn çatdırılma həyata keçiriləcək.

B. Conson bu planın bahar aylarınadək keçərli olacağını qeyd edib. Bölgəyə görə qərarlar dəyişdiriləcək.