Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
“Qafqazinfo” xəbər verir ki, o, Almaniyada keçirilən 19 yaşadək futbolçular arasında Avropa çempionatının III turu çərçivəsində baş tutacaq İngiltərə – Xorvatiya qarşılaşmasının baş hakimi olacaq.
Qeyd edək ki, İngiltərə - Xorvatiya görüşü iyulun 18-də baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər