İngiltərə Xorvatiyaya qalib gəldi - Yenilənib

ingiltere-xorvatiyaya-qalib-geldi
Oxunma sayı: 4124

Avro-2020-nin bugünkü ilk qarşılaşması olan İngiltərə-Xorvatiya matçı başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, İngiltərə Londonda, məşhur “Uembli” stadionunda Xorvatiyanı qəbul edib.

57-ci dəqiqədə İngiltərənin oyunçusu Rahim Sterlinq hesabı açıb.

Bu, matçdakı yeganə qol olub. Oyun İngiltərənin qələbəsi ilə başa çatıb.