“Qafqazinfo” xəbər verir ki, Rio-de-Janeyroya gələn futbolçular birinci məşqə yola düşüblər. Əsgərlər onları sıx himayəyə alıb, idmançıların keçməsi üçün müdafiə kordonu yaradıb. İçərisində futbolçular olan avtobusu oteldən bazaya qədər hərbi ekskort müşayiət edib.
Bundan əlavə, ingilislərin məşq bazası üzərində hərbi helikopter, yaxınlıqdakı buxtada isə sualtı qayıq müşahidə olunub.
Qeyd edək ki, dünya çempionatı iyunun 12-dən iyulun 13-dək keçiriləcək. İngiltərə yığması birinci matçını iyunun 15-də İtaliya komandası ilə keçirəcək.
Son xəbərlər
Son Xəbərlər