“İngiltərədə belə biri olduğuna görə sevinirəm” - Sautqeyt

ingilterede-bele-biri-olduguna-gore-sevinirem
Oxunma sayı: 1699

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt dünya çempionatının ¼ final mərhələsində İsveçə 2:0 hesabı ilə qalib gəldikləri oyundan danışıb.

“Qafqazinfo” xəbər verir ki, mütəxəssis söhbət əsnasında komandanın qapıçısı Cordan Pikfordun oyununu xüsusi qeyd edib:

“Yaxşı oynadıq və qalib gəldik. Çox sevinirəm ki, belə bir uğura nail olmuşuq. Mequayra həmişə inandım və o özünü sübut etdi. Qapıçımız Pikforda gəlincə 21-ci əsrin ən yaxşı qapıçılarından biridir. Toplara reaksiyaları mükəmməldir. Zehni güclüdür və ayaqları ilə hücum başlaya bilir. İngiltərədə belə biri olduğuna görə sevinirəm”.