İngiltərədə Əsmə Əsədlə bağlı qalmaqala - Nazirdən reaksiya

ingilterede-esme-esedle-bagli-qalmaqala
Oxunma sayı: 711

Suriya prezidenti Bəşər Əsədin xanımı Əsma Əsəd Böyük Britaniya vətəndaşlığından məhrum oluna bilər. Belə ki, bir qrup ingilis millət vəkili onun vətəndaşlıqdan çıxarılması ilə bağlı ölkənin Daxili İşlər Nazirliyinə müraciət edib.

“Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, DİN rəhbəri Boris Conson məsələni şərh edərkən bildirib ki, Əsma Əsədin vətəndaşlıqdan məhrum edilməsi məsələsi qaldırılmayıb, lakin o da həyat yoldaşı kimi İngiltərənin sanksiyalar siyahısında yer alır. 

Xatırladaq ki, Ə. Əsəd Böyük Britaniyanın 2016-cı il martın 26-da Suriyaya qarşı tətbiq etdiyi sanksiyalar siyahısında yer alan 238 nəfər arasında 39-cu yerdə qərarlaşıb.