İngiltərədə hava limanlarında və metroda partlayıcılar tapıldı

ingilterede-hava-limanlarinda-ve-metroda-partlayicilar-tapildi
Oxunma sayı: 900

İngiltərənin paytaxtı Londonda Hitrou və Siti aeroportları ilə Vaterloo metro stansiyası yaxınlığında 3 şübhəli bağlamada partlayıcılar tapılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bağlamadakı partlayıcılar əllə hazırlanıb. Hər üç bağlama açıldığı halda yanğınlar törədə biləcəyi bildirilib.

Ağ zərflərdə olan partlayıcılar bir-biri ilə əlaqəli olub. Polisin vaxtında müdaxiləsi səbəbindən hava limanlarının və metronun qrafikində ləngimə olmayıb.