İngiltərənin Şimali Yorkşir əyalətində helikopterin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Şimali Yorkşir Polis Xidməti açıqlama yayıb.
Bildirilib ki, helikopter günorta saatlarında Lonsdeyldə Bentham yolu yaxınlığındakı bir ərazidə qəzaya uğrayıb.
Qəzadan sonra hadisə yerinə təcili yardım xidmətinin gəldiyi, qəza nəticəsində 2 nəfərin öldüyü qeyd edilib.
Təcili yardım qrupları ilə yanaşı, hava təcili yardımının bölgəyə yönəldildiyi deyilən açıqlamada əhali hadisə yerindən uzaq durmağa çağırılıb.
Helikopterin hansı səbəbdən qəzaya uğraması ilə bağlı hələlik ətraflı açıqlama verilməyib
Son xəbərlər
Son Xəbərlər